Prezident Ərdoğan Litvada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində təmaslarını davam etdirir.
Mia.az TRT-yə istinadla xəbər verir ki, Prezident Ərdoğan Albaniyanın baş naziri Edi Rama ilə iclasın keçiriləcəyi salona gəlib.
Ərdoğan burada ABŞ prezidenti Co Bayden və NATO-nun baş katibi Yens Stoltenberqlə söhbətləşib. Bu zaman salona gələn Ukrayna prezidenti Vladimir Zelenski də onlara qoşulub. 4 lider arasında səmimi söhbət dünya mediasının manşeti olub.
Tahir
MİA.AZ