Ukraynanın Vinnitsa şəhərində 27 əsgərin ölümünə səbəb olan reket hücumuna görə məsuliyyət daşıdığı iddia edilən rus admiral Stanislav Rjitski örtən gün Rusiyada sui-qəsdə qurban gedib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, sui-qəsdin Vinnitsaya raket hücumunun ildönümünə təsadüf etməsi burada Ukrayna kəşfiyyatnın "əl"i olduğu qənaətini artırıb.
Ukrayna kəşfiyyatı bu barədə açıqlama verərək, dolayısı ilə sui-qəsdi onların həyata keçirdiyini təsdiqləyib: "Hava çox yağışlı idi. Admiralın səhər kross qaçdığı park isə çox sakit idi. Bu səbəbdən, onun güllələnmə anına şahidlik edən olmayıb..".
Rusiya polisi də Krasnodar şəhərindəki parkda baş verən suqi-qəsdlə bağlı açıqlama verib. yerli polis bu sui-qəsdin intiqamdan qaynaqlandığlnı istisna etməyib: "Bəli, bunun bir qisas olması mümkündür. Görünür, onun qaçış yolunu əvvəldən izləyərək plan qurulub. Admiralın başına və sinəsinə 4 güllə sıxılıb".
Rusiya polisi qatilin üzü aydın görünməyən fotosunu da yayıb.
Məlumatda o da deyilir ki, Rjitski son aylar Ukraynaya döyüşmək üçün aparılan səfərbərlik prosesinə məsul şəxslərdən biri olub.
Zülfiyyə
MİA.AZ