Bakterial infeksiya səbəbilə Nyu-Yorkda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən dünya şöhrətli müğənni Madonna evə buraxılıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sağlamlığına qovuşan məşhur müğənni ötən gün Nyu-York küçələrində gəzərkən görüntülənib.

Məlumata görə, o, artlıq tam sağalıb.

Xatırladaq ki, 64 yaşlı məşhur müğənni iyulun 15-də Kanadanın Vankuver şəhərindən başlayacaq və 35 şəhəri əhatə edəcək dünya turnesini xəstəliyi səbəbindən ləğv edib.

Ləman

MİA.AZ