2013-cü ildə Ayşegül Kalfa ilə nikah masasına oturan müğənni Serkan Kaya boşanacaqları barədə yayılan xəbərə "Gəlinliklə gələn kəfənlə çıxır" sözlərinə verilən təpkilərə etiraz edib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, "Gəlinliklə gələn kəfənlə çıxır. Ölüm yoxdursa, ayrılıq olmaz" sözlərinə artan etirazlarla bağlı daha bir açıqlama yayıb.

"İnstagram"dakı hesabında paylaşım eləyən müğənni etirazlara etiraz edərək yazıb ki, o, Anadolu uşağıdır: "Dünən Qaradəniz bölgəsində yağışa, çətin şəraitə baxmayaraq 350 min insana konsert verdik. Niyə bu haqda danışmır, yazmırsınız? 

Mən Anadolu uşağıyam, sivaslıyam. Bu, həyat yoldaşına sevgi və sayğı ilə bağlananların işlətdiyi cümlədir. Hamınız bu cümlənin mahiyyətini yaxşı bilirsiniz, əslində. Komentlərə baxdım və şərhlərin bəziləri ciddidən iyrəncdir...".

Onun paylaşımını olduğu kimi aşağıda təqdim edirik:

Ləman

MİA.AZ