Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilib:
fövqəladə və səlahiyyətli səfir
Bayramov Ceyhun Əziz oğlu (XİN başçısı)
Məmmədov Elnur İsrafil oğlu (Nazir müavni)
Rzayev Fariz Fikrət oğlu (Nazir müavini)
birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi
Musayev Tofiq Fuad oğlu (Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyində müavin)
ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi
Səfərov Emil Firdovsi oğlu (İdarə rəisi)
Şərifov Samir Ənvər oğlu (İdarə rəisi)
Yeri gəlmişkən, təltif olunan ofiq Musayev Bakı şəhərinin keçmiş meri, AFFA-nin ilk prezidenti mərhum Fuad Musayevin oğludur. Tofiq Musayevin həyat yoldaşı isə məşhur şahmatçı Firuzə Vəlixanlıdır.
Samir
MİA.AZ