Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov sələfi Füzuli Ələkbərovun cəmiyyət üçün ən uğurlu layihəsi kimi qiymətləndirilən ""Facebook"da "Nazir-Vətəndaş əlaqəsi" layihəsini dayandırıb.
Xatırladaq ki, bu layihə çərçivəsində istənilən vətəndaş nazirə birbaşa sual ünvanlayıb, cavab ala bilirdi.
Mia.az xəbər verir ki, sözügedən nazirlikdə bu layihə düz bir il əvvəl, yəni 2013-cü ilin may ayının 23-də həyata vəsiqə qazanmışdı. Lakin nazirliyin indiki rəhbərliyi nədənsə ictimaiyyət üçün uğurli layihəni məqsədəuyğun bilməyib: «Bu layihə çərçivəsində istənilən şikayətçi birbaşa nazirin özünə dərdini, problemini, özbaşınalıq edən məmurların hərəkətlərindən sual verib, cavab alırdılar. O səbəbdən də nazirliyin məmurları hərəkətlərinə korrektə edir, vətəndaşlar isə problemlərinin həllini sürətləndirirdilər.
Onu da qeyd edək ki, bu layihənin uğuru isə digər rəsmi qurumları da hərəkətə gətirmişdi. Məhz bundan sonra həmin layihə ARDNŞ və Prezident Administrasiyasının rəhbər şəxsləri tərəfindən də tətbiq olunmağa başladı. Səlim Müslümov isə nazir təyinatından sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaşlar üçün daha münasib və uğurlu sayılan bu layihəni dondurub. Görünür, nazir Səlim Müslümov vətəndaşlarla birbaşa, özü də ictimaiyyət üçün açıq olan sosial şəbəkədə veriləcək suallara təmasa keçməkdən çox çəkinir».
Mia.az-ın xəbərinə görə, Səlim Müslümovun "tayfa hakimiyyəti"ni və digər qanunsuz əmələrdən məmurlarını qorumaq üçün atdığı addımlar təkcə bundan ibarət də deyil...
Məsələ ilə bağlı nazirliyin mövqeyini də dinləməyə hazırıq.
Mia.az