Türkiyədə Əlavə Dəyər Vergisi (ƏDV) ilə yanaşı, notarius, pasport, viza və yol keçid haqlarının kəskin artması tanınmış sənətçiləri də narazı salıb.
Mia.az xəbər verir ki, ƏDV və rüsumlardakı artımı görən məşhur aktrisa Nurgül Yeşilçay sosial media hesabında fotosunu montaj edərək, bahalaşmanın saçları ağartmasına işarə vuraraq paylaşım edib.
O, İnstagram-dakı hesabında bu görkəmdə yazıb: "Yenə vergilər, bahalaşma (zam). Sabahınız xeyir...".
"Kanal D" yayımlanan "Vida məktubu" serialının baş rol ifaçısı Nurgül Yeşilçayın bu paylaşımına 3 milyon iləyicisindən xeylisi qısa zamanda reaksiya verib, kədərli şərhlər yazıblar.
Xatırladaq ki, ötən gün Əlavə Dəyər Vergisinin (ƏDV) artırılması ilə bağlı Prezident Ərdoğanın təsdiqlədiyi Qərarı "Rəsmi Qəzet"də dərc olunub. Qərara görə, ƏDV 18 faizdən 20-yə qaldırılıb. Notarius xərcləri, həmçinin, dövlət qurumlarından alınacaq arayış, pasport, viza, diplom və yol haqlarının da daxil olduğu bir sıra rüsumlar da 50 faiz artırılıb.
Ləman
MİA.AZ