Əməkdar artist Elza Seyidcahan maraqlı açıqlamaları ilə yenidən diqqəti öz üzərinə çəkib.

Məlumata görə, bəstəkar-müğənni Yazıçılar Birliyinə üzv olduğuna görə paxıllıqla üzləşdiyini, şeirlərinin çox oxunduğunu və el arasında sitata çevrildiyini bildirib.

“Azərbaycan Yazıçılar Birliyinə üzv olduğum üçün məni çox qısqanırlar. Elzanın bir kitabında bütün şeirlər əzbər bilinir, uşaqdan böyük şairlərə qədər o sitatlarlarla danışırlar, mənim “Tikim sizin ağzınızı” sözündən istifadə edirlər. Başqa söz tapmırsınız? Bir-birinizlə “tikim sizin ağzınızı” sözü ilə danışırsız. Artıq bu kəlməm atalar sözünə çevrilib”, - o, bildirib

Elza xanım onun Yazıçılar Birliyinə üzv olmasına etiraz olaraq birliyi tərk edən şair Mürvət Qədimoğlu Həkəri barədə də danışıb: “Mənim üzv olduğuma görə Azərbaycan Yazıçılar Birliyindən çıxmaq istəyən şairi maşın vurub, xəstəxanadadır. Tövbə etmir ki, Elza Seyidcahana qarşı haqsızlıq etmişəm”(Lent.az).