Türkiyəli aktrisa Fahriye Evcen sosial media hesabında bikinili pozalarını paylaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq çəkidən qurtulan Evcen 13,6 milyon izləyicisi olan İnstaqram hesabında yeni çəkdirdiyi fotoları yayıb.
Maraqlı budur ki, onun yeni fotolarına xeyli "həssas şərhlər" gəlib. Ancaq bu, əri Burak Özçiviti qısqandırmayıb. Əksinə o, həyat yoldaşının fotolarına "alovlu emoji" atıb.
Fahriye Evcen tətil mövsümünü açıb və sosial media hesabında bir-birinin ardınca bikinili pozalarını paylaşıb. Qara bikinisi üzərində trikotaj kostyum geyinərək poza verməyə üstünlük verən aktrisa həyat yoldaşı Burak Özçivitdən alov emojisi ilə şərh alıb.
Xatırladaq ki, 2016-cı ildə Burak Özçivitlə evlənən aktrisanın 2 övladı var.
Ləman
MİA.AZ