Məşhur müğənni 48 yaşında intihar edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bir müddətdir depressiya düşən və bu problemə görə müalicə alan dünya şöhrətli müğənni Koko Li 48 yaşında iyulun 4-də intihara cəhd edib: "O, koma vəziyyətində xəstəxanaya yerləşdirilsə də, burada həkimlər onun həyatnı xilas edə bilməyib".
Bu barədə açıqlama verən qardaşı deyib ki, bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb: "Təəssüf ki, içindəki şeytan onun yaxşı tərəfindən tutdu...".
Xatırladaq ki, Honq-Konqda anadan olan müğənni 9 yaşında ABŞ-a köçüb və musiqi karyerasına orada başlayıb. 1998-ci ildə Disney filmi Mulandakı "Reflection" mahnısı ilə tanınan məşhurlaşan müğənni Oskarda çıxış edən ilk çinli amerikalı kimi tarixə düşüb. Li, həm də moda markası Chanel-in ilk çinli siması idi.
Ləman
MİA.AZ