"Kurtlar Vadisi"nin “Polat Alemdar”ı Necati Şaşmaz Həcc ziyarətinə gedib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə o, aktif istifadə etmədiyi "İnstaqram" hesabından fotolar paylaşıb.

Necati Şaşmazın həcc ziyarətindən yaydığı fotolara qısa zamanda böyük maraq yaranıb. İcləyiciləri ona tərif yağıdırblar.

Xatırladaq ki, 2017-ci ildə "Kurtlar Vadisi Vətən" filmində rol alan Necati Şaşmaz bundan sonra heç bir serailda yer almayıb. O, ötən ilin noyabrında qatıldığı proqramda serialın yenidən başlayacağını açıqlayıb: "Hazırrlaşıram. Yanvar ayından  görünəcəyik".

Lakin Şaşmazın açıqlamasından 7 ay ötsə də, sözləri özünü doğrultmayıb.

Ləman

MİA.AZ