Hacıqabul rayonunda 3,2 maqnitudada zəlzələ olub.
Mia.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 04:24-də Şirvan stansiyasından 16 kilometr şimal-qərbdə Hacıqabul rayonunda qeydə alınıb.
Ocağı 17 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.