Millət vəkili Elton Məmmədov oğlu Aynar Məmmədovun Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılması ilə bağlı xəbərə aydınlıq gətirib. 


Mia.az xəbər verir ki, deputat AzVision.az-a açıqlamasında oğlunun nazirlikdə dindirilmədiyini, Aynar Məmmədov haqda yayılan məlumatın yalnış olduğunu bildirib. 

"Bu tamamilə yalnış məlumatdır”-deyən E.Məmmədov əlavə heç nə demək istəmədiyini qeyd edərək telefonu söndürdü.

Qeyd edək ki, virtualaz.org saytının yaydığı məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov mayın 21-də səhər Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılıb. 

***

"Aynar Məmmədovun Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılması barədə heç bir məlumatım yoxdur”.   


Bu sözləri Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun dünən  Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən dedi.   

O. Mansurzadə yayılan xəbərlərdən məlumatsız olduğu üçün bu barədə bir söz deyə bilməyəcəyini bildirdi.