Naxçıvanın Daxili işlər naziri Süleyman Nemətova general rütbəsini kim verib?
Mia.az xəbər verir ki, bu sualı Feysbuk-dakı səhifəsində Naxçıvanşünas kimi tanınan jurnalist Heydər Oğuz yazıb.
O, daha sonra suala cavab olaraq bildirib ki, yəqin, Süleyman Nemətova generallıq rütbəsini Fuad Nəcəfli verib: "Çünki Prezidentin səhifəsində bu barədə hər hansı məlumat yoxdur. Süleyman müəllim isə general uniforması geyinib Fuad Nəcəflinin yanında dayanıb. Təəccüblüdürmü? Məncə, yox...".
Tahir
MİA.AZ