Məşhur türkiyəli oriyental rəqqasə Didem Kınalı müğənniliyə başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün Kiprdə son dəfə səhnəyə çıxaraq rəqs edən rəqqasə jurnalistlərə açıqlama verib.

O bildirib ki, artıq səhhəti rəqs etməyə imkan vermir: "Bəzən mənə "rəqqasəliyi buraxma" deyənlər var. Açığı, artıq elə bilirəm ki, bu cür "məsləhət verənlər" məni söyür. Az qalıram belələrinin ağzının üstündən şapalaq vurum. Çünki artıq başım gicəllənir, omba sümüyüm əriməyə başlayıb, şəkərim çoxalıb. Heç kəs də bunu anlamır, elə boğazdan yuxarı danışır. Ancaq deməliyəm ki, artıq bu gündən rəqassəliklə vidalaşdım. Bundan sonra sevənlərim mənim mahnılarımı dinləyəcək..."

Ləman

MİA.AZ