Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edib.

Mia.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir: "İyunun 27-si saat 13:15 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Arazdəyən istiqamətində zavodun atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik".