Türkiyəli məşhur müğənni Hülya Avşar sosial şəbəkə hesabında cəsur paylaşımları ilə diqqəti özünə cəlb edir.

Mia.az xəbər verir ki, Hülya Avşar "İnstagram"dakı səhifəsində bu dəfə demək olar ki, lüt şəkillərini paylaşıb.

İstirahətini turizm bölgəsi olan Ayvalıkda keçirən 59 yaşlı məşhur müğənninin paylaşdığı fotolardan görünür ki, o, boya və fırça götürüb otağın döşəməsinə çiçək rəsmi çəkir.

O anları sosial media hesabından paylaşan Avşar yazıb: "Hər cür parket boyanır..."

Maraqlı budur ki, Hülya Avşar paylaşımına şərh yazılmasını bloklayıb.

Ləman

MİA.AZ