Alman pop ulduzu Helene Fişer konsert zalında dəhşətli qəza keçirib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, alman pop ulduz səhnədə "Yaralar" mahnısını oxuyarkən paralel yelləncəkdə rəqs etmək istəyib. Bu zaman üz nahiyəsi dəmirə çırpılıb.

Məlumata görə, nəticədə burnnu qırılıb. Ancaq o, axan qana baxmayaraq, 15 dəqiqə səhnədə qalmağa çalışıb və seyrçilərə belə müraciət edib: "Narahat olmayın, əvvəlcə bu qanı təmizləyim, sonra davam edərik...".

Lakin az sonra onun burnundakı zədənin ağır olduğu bəlli olub və konsert yarımçıq dayandırılıb.

Xatırladaq ki, Helene Fişer mahnı ifa edərkən akrobatik çıxışları ilə tanınır. O, bu ilin martında məşq zamanı qəza nəticəsində qabırğasını da sındırıb.

Ləman

MİA.AZ