Mia.az saytına giriş məhdudlaşdırılıb.
Bu barədə Müstəqil İnformasiya Agentliyi xüsusi açıqlama yayaraq bildirir ki, sayta girişi məhdudlaşdırılanlar əsasən «Bakinternet»in istifadəçiləridir. Məhz bu səbəbdən bu saatlara qədər sayta xəbər yükləmək də mümkün olmayıb.
Yaşanan hadislərlə bağlı Mia.az saytının rəhbərliyi oxuculardan üzr istəyir və bildirir ki, hadisə ilə bağlı ətraflı araşdırma aparılır.