«NAR Mobile» şirkətinin Azərbaycandakı fəaliyyəti dayandırılır.
Mia.az Dia.az-a istinadən xəbər verir ki, şirkət yaxın günlərdə Azərbaycan bazarını birdəfəlik olaraq tərk edir:
"Şirkətin arxasında duran qüvvələrlə bağlı isə bu günə qədər müxtəlif məlumatlar yayılıb. Hətta yayılan xəbərlərin birində qeyd olunurdu ki, «Nar Mobile» şirkətini Rusiyanın prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşına bağışlayıblar”.
Məlumata görə, hazırda şirkətin Azərbaycan dövlətinə iri həcmdə borcu yaranıb. Təxminən 60 milyon manata yaxın borcun yarandığını bildirən mənbə şirkətin fəaliyyətini dayandıra biləcəyini də vurğulayıb: «Artıq bu addım qaçılmaz qərardır. Çünki şirkət əvvəlki kimi himayə altında deyil».
Məsələylə bağlı sözügedən şirkətdən rəsmi mövqe almaq mümkün olmayıb. Onları da dinləməyə hazırıq.