Bu gün Bakının Nərimanov rayonunda etiraz aksiyası keçirilib. 

Sakinlərin ANS PRESS-ə verdikləri məlumata görə, rayonun Ziya Bünyadov küçəsinin sakinləri yaxınlıqda aparılan tikinti işləri ilə əlaqədar olaraq etiraz edirlər. 

Onlar həyətdə olan xeyir-şər evinin sökülərək yerində klinikanın inşa edilməsindən narazıdırlar. Ərazidə olan ağaclar da kəsilir. 

Hadisə yerinə polis əməkdaşları da gəlib. 

Sakinlərin şikayətlərinə baxmaq üçün rayonun icra nümayəndəsinin həmin əraziyə gəlməsi gözlənilir.