Türkiyədə fəaliyyət göstərən məşhur çmodel, hazırda əsaəsn şou proqramlarda münsiflər heyətində təmsil olunan İvana Sert "360 dərəcə" kanalında Türkiyəyə gələrkən yaşadığı çətinliklərdən danışıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, son olaraq YouTube kanalında yayımlanan "Style Icon" yarışmasında jüri üzvü olan İvana Sert Gökay Kalaycıoğlunun aparıcısı olduğu "360 Dərəcə" proqramının qonağı olub. 

Türkiyəyə gəlişi barədə suala cavablandıran Sertin sözlərinə görə, o illər də böyük çətinliklərlə üzləşib: "Düzünü deyim ki, burada qarşılanmam çox da parlaq olmadı. Yarış üçün Türkiyəyə gəldim, sonra agentliklərlə əməkdaşlıq etməyə başladım. Çox uğursuzluqlar yaşadım, ağır günlərim oldu. Litvalı bir otaq yoldaşım var idi, mənə dedi ki, səbrli ol, düzələcək. Amma həmin vaxt psixologiyam da pozulmuşdu”.

Model deyib ki, anası, bacısını qoyub çörəkpulu qazanmaq üçün Türkiyəyə gəlib: "Mən həmişə yaxşı insanlarla rastlaşmışam. İlk 6 ay burada çox çalışdım. Həmin vaxt dərhal özümə maşın və ev aldım. Serbiyada iki butikim var idi, Türkiyədən paltar alıb bizneslə məşğul olurdum. Ona anam və bacım rəhbərlik edirdi. Əlbəttə, dilini bilmədiyim insanların arasında idim, bu, bəzn adama qorxu aşşılayırdı. İşimin sonda necə olacağını bilmirdim. Bizim sahədə qısqanclıq da çoxdu. Model evində 2-3 qızla qalırdıq. Hamamda şampunuma bir gün turşu qoymuşdular. Ona görə sonralar hər dəfə şampunu iyləyib sonra istifadə edirdim. Çox iş aldığım və qazandığım üçün qızlar pis olmağımı istədikləri üçün bunu etdilər. Allah məni qorudu...".

Ləman

MİA.AZ