Dünən İstanbul Hava Limanında dələduzluq ittihamı ilə saxlanılan model Ebru Şallının əri Uğur Akkuş sərbəst buraxılıb.

Mia.az Türkiyə mətbuatna istinadla xəbər verir ki, dələduzluq ittihamı ilə saxlanılaraq polis qaprılan məşhur model Ebru Şallının həyat yoldaşı orda ifadə verib.

Məlumata görə, polisdə o, zərərçəkənlərin pulunu geri ödəyib: "Bundan sonra şikayətçi mağaza sahibəri ərizələrini geri götürüblər. Məhz bundan sonra məşhur modelin əri sərbəst buraxılıb".

Xatırladaq ki, cütlük dünən Fransadan dönərkən saxlanılmışdılar.

İddiaya görə, modelin əri bir qrup mağaza sahibinə 500 min dollar "atıb".

Ləman

MİA.AZ