Prezident İlham Əliyev “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” barədə sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi hazırlanacaq.

Layihənin hazırlanması müddəti 2023–2024-cü illəri əhatə edəcək.

Bununla bağlı işlərin icrası Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.