Sənətçi Mine Koşan və bacısı kirayə qaldıqlaır ev sahibləri tərəfindən ölümlə hədələniblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ustad sənətçi Mine Koşan bacısı ilə 3 il əvvəl İstanbulun Şişli rayonunda bir evə köçdüklərini deyib: "Kirayə pulunu gecikdirmədən ödəyirk. Lakin ev sahibi birdən-birə bizdən evdən çıxmağımızı tələb etməyə başladı. İhsan B. hətta bizi hədələyib dediu ki, tezliklə evdən çıxmazsaq, iki nəfər göndərəcək, onlar da bizi öldürəcək".

Məsələ ilə bağlı sənətçini bacısı Ayda Koşan yerli mətbuata və polisə şikaytlənib: "Başıma bir şey olsa, ev sahibim cavabdehdir”.

Məlumata görə, prokurorluq şikayətlə bağlı araşdrımaya başlayıb.

Ləman

MİA.AZ