Bu dəqiqələrdə Türkiyə parlamentinin spikeri vəzifəsinə səsvermə keçirilib.
Mia.az TRT3-ə istinadla istinadla xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində saat 14.00-da başlayan iclasda 2 səsvermə keçirilib və 2-ci səsvermədən də parlamentdə 323 deputatı olan Cumhur İttifaqının namizədi, AKP sədrinin müavini Numan Kurtulmuş 321 səs toplayıb.
Buna görə 3-cü tur seçkisi keçirilib.
3-cü turda 321 səs toplayan Numan Kurtulmuş spiker seçilib.
Xatırladaq ki, Nizamnaməyə görə, TBMM sədri üçün namizədlərdən biri ilk səsvermədə 600 deputatdan ən az 400-nün səsi alınmaldıır. Bu mümkün olmadıqda, yenə ikkinci turda eyni sayda səs toplamalıdır. Əgər bu iki səsvermədə tələb olunan 40 səs toplanılmazsa, o zaman 3-cü səsvermədə 301 səs toplayan spiker seçilir.
Xatırladaq ki, sədrliyə Numan Kurtulmuşla yanaşı, CHP-dən Ankara millət vəkili Tekin Bingölü, İYİ Partiyadan Cihan Paçacını, Yaşıl Sol Partiyasından Tülay Hatimoğulları Oruçu, TİP-dən Gəzi Davasına görə həbsdə olan Şərafəddin Can Atalay, DEVA Partiyasından Mustafa Yeneroğlu, Gələcək Partiyasından Serap Yazıcı Özbudu yarışıb.
Samir
MİA.AZ