"Ailə" serialının sezon finalına çıxmasından sonra Yunanıstana tətilə gedən aktrisa Serenay Sarıkaya çimərlikdən şəkdirdiyi yeni fotolarını paylaşıb.
Mia.az xəbər verir ki, Kıvanç Tatlıtuğla baş rolu paylaşdığı "Ailə" serialının sezon finalını edən Serenay Sarıkaya yeni layihəyə başlamazdan əvvəl dincəldiyini bəyan edib.
O, yarıçılpaq fotolarını 9,8 milyon izləyicisi olan İnstaqram hesabında "Məni dənizlərə atın, yalançı dünya sizin olsun" qeydi ilə paylaşıb.
Qısa zamanda onunn fotolarına minlərlə şərh yazılıb.
Məlumat üçün qeyd edək ki, aktrisa yaxın aylarda "Neflix"də yayımlanacaq yeni seriala dəvət alıb.
Ləman
MİA.AZ