Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumət üzvlərini açıqlayıb.
Mia.az xəbər verir ki, Ərdoğan köhnə hökumət üzvlərindən yalnız iki nəfəri yenə nazir təyin edib - Səhiyyə naziri Fahrettin Koca və Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy. Qalanlarının haısı isə dəyişiib.
Beləliklə, Ərdoğanın yeni komandası aşağıdakılardır:
Vitse-prezident: Cevdet Yılmaz
Ədliyyə Naziri: Yılmaz Tunç
Ailə və Sosial Xidmətlər Naziri: Mahinur Özdemir Göktaş
Əmək və Sosial Müdafiə Naziri: Vedat Işıkhan
Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri: Mehmet Özhaseki
Xarici işlər naziri: Hakan Fidan
Enerji və Təbii Sərvətlər Naziri: Alparslan Bayraktar
Gənclər və İdman Naziri: Osman Aşkınbak
Xəzinə və Maliyyə Naziri: Mehmet Şimşək
Daxili işlər naziri: Əli Yerlikaya
Mədəniyyət və Turizm Naziri: Mehmet Nuri Ersoy
Milli Təhsil Naziri: Yusuf Tekin
Milli Müdafiə Naziri: Yaşar Gülər
Səhiyyə naziri: Fahrettin Koca
Sənaye və Texnologiya naziri: Mehmet Fatih Kaçır
Kənd təsərrüfatı və meşə təsərrüfatı naziri: İbrahim Yumaklı
Ticarət naziri: Ömer Bolat
Nəqliyyat və İnfrastruktur Naziri: Abdulkadir Uraloğlu
***
Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan mayın 28-də yenidən preziudent seçilməsi münasibətiylə bu gün saat 14.00-da and içəcək.
Mia.az xəbər verir ki, andiçmə mərasimi Türkiyə parlamentində keçiriləcək.
Məlumata görə, andiçmə mərasimindən sonra, daha dəqiqi, bu gün saat 22.00 radələrində isə prezidentin yeni hökumət üzvlərini açıqlayacağı gözlənilir.
Türkiyə mətbuatı yazır ki, mayın 14-də baş parlament seçkiərində deputat seçilən naizirlərin bir neçəsi istisna olmaqla, qalanlarına yeni hökumətdə vəzifə verilməyəcək: "Nə Çavuşoğlu, nə Hulusi Akar, nə Süleyman Soylu... Heç biri yenidən nazir olmayacaq. Ərdoğan onlara ilk iclasda xəbərdarlıq edib".
Türkiyə mətbuatı yazır ki, Rəcəb Tayyib Ərdoğan ötən axşam nazir vəzifəsində görmək istədiyi üç nəfərlə telefonda müzakirə aparıb: "Son məlumata görə, o, Xarici İşlər naziri vəzifəsi üçün MİT rəhbəri Hakan Fidan, Daxili İşlər naziri vəzifəsi üçün İstanbul valisi Əli Yerlikaya, Gənclər və İdman naziir vəzifəsi üçün Osman Aşkın Bakla axşam telefonda danışıb".
Məlumata görə, onlarla yanaşı, Maliyyə naziri Mehmet Şimşək, Milli müdafiə naziri vəzifəsinə hazırkı baş qəargah rəisi Yaşar Gülər, Ətraf mühit və şəhərsalma naziri vəzifəsinə Uğur İbrahim Altayın adı hallanır: "Köhnə komandadan Fahrettin Koca yeni dövrdə də səhiyyə naziri, Mədəniyyət və Turizm naziri Mehmet Ersoy yeni kabinetdə vəzifəsini davam etdirəcək".
Ən sensasiyalı iddia isə Prezidentin mətbuat katibi İbrahim Kalınla bağlıdır.
Sözçü TV-nin iddiasına görə, İbrahim Kalın Milli Kəşfiyyat Tşkilatının (MİT) rəhbəri təyin olunacaq: "Fuat Oktay vitse-prezident vəzifəsini davam etdirəcək. Elm və Sənaye Nazirliyinə Fatih Kacır və Nəqliyyat Nazirliyinə Hayri Baraçlı gətiriləcək".
Lamiyə
MİA.AZ