Türkiyədə İmam hatip liseyi şagirdlərinin müraciəti əsasında Türkiyə İnsan Haqları və Bərabərlik Təşkilatı müğənni Gülşen Çolakoğlunun konsertində imam hatip liseyi şagirdlərinin ünvanına işlətdiyi "sapık" sözünə görə cərimələyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 3 imam hatip liseyi məzunu tərəfindən qaldırılan iddia əsasında müğənni cmiyyətdə ayrı-seçkilik yaratmaqda ititham olunaraq 150 min tl (Təxminən 13 min manat) cərimə edilib.

Çolakoğlunun vəkili müvəkkilinin ictimaiyyətin heç bir təbəqəsinə qarşı təhqiredici ifadə işlətmək istəmədiyini, zarafatla dediyi sözlərinin yanlış anlaşıldığını bildirib və müvəkkilinin buna görə üzr istəyini diqqətyə çatdırsa da, xeyri olmayıb.

Onu da xatırlaaq ki, bu sözə görə müğənni barədə prokurorluq da cinayət işi açıb və onun barəsində İstanbul 11-ci Cəza Məhkəməsi tərəfindən 10 ay müddətinə həbs hpkm verilib. Lakin hökmün icrası təxirə salınıb.

Ləman

MİA.AZ