Braziliyada keçirilən gözəllik yarışmasında sensasiyalı qalmaqal yaranıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Braziliyanın “Miss Gay Mato Grosso 2023” gözəllik müsabiqəsinin qalibi elan edilən Emannuelli Belini başına tac qoyduğu an ikinci yerin qalibi Natalli Bekkerin əri qəfil səhnəyə atılıb.

Məlumata görə, o, tacı qalibin başından götürərək yerə çırpıb. Daha sonra isə yerdən tacı götürərək, ikinci yerin qalibi olan arvadının əlindən tutaraq qaçmaq istəyib. Lakin o, mühafizəçilər tərəfindən saxlanılıb.

Ləman

MİA.AZ