TikTok-da müxtəlif şou çəkilişlər yayan bloger Melissa Sloan ingilis futbolçunu hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Çelsi"nin futbolçusu Mason Mountunun 21 yaşlı bloger Melissa Sloan ilə başı dərdə girib.

İngiltərənin "Evening Standard" nəşrinin xəbərinə görə, Melissa Sloan "Çelsi"nin futbolçusu ilə bir müddət sevgili olub: "Lakin sonra onların münasibəti pozulub. Bundan sonra futbolçu onun nömrəsini bloka atıb. Bloger isə 21 ayrı-ayrı nömrədən onu yığaraq təhdid edib".

İngiltərə mətbuatı yazır ki, cəmi 6 ay münasibətləri olmasına baxmayaraq, bolger ona "telefonu aç, üzr istə, yoxsa "Şeytann uşağı" xarakeriylə qarşılaşacaqsan" kimi müəmmalı təhdid mesajı da yollayıb.

Fərid

MİA.AZ