“Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı artıq başlayıb”.
Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.
O bildirib ki, bütün sərhəd xətti boyunca şiddətli döyüşlər gedir: “Əks-hücum əməliyyatları artıq bir neçə gündür davam edir”.
Podolyakın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbə endirməyəcək:
“Biz yalnız işğal olunmuş ərazilərin işğaldan azad edilməsi üçün çalışırıq. Biz silahlarda Donbas və Krımda Rusiyanın mövqelərini məhv etmək üçün istifadə edirik”(Report).