Rejissoru Nuri Bilge Ceylanın olduğu "Kuru Otlar Üstünə" filminin qala gecəsi üçün Kann Festivalına qatılan aktrisa Merve Dizdar geyindiyi libasla gündəm olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun açıq-saçıq geyinməməsi bəzi izləyicilər tərəfindən lağ-lağa obyekti olub.
Aktrisa bu yöndəki tənqidlərə İnstagram-dakı səhifəsində video ilə cavab verib.
O, tənqidçilərinə xitabən deyib ki, geyimi müzakirəyə qapalıdır: "Əzizlərim, şərhlərinizi oxudum. O qədər iyrənc, biabırçı, alçaldıcıdır ki... Həddinizi aşmayın...".
Aktrisa daha sonra sevənlərinə belə səslənib: "Ya məni belə sevəcəksən, qəbul edəcəksən, ya da əksinə. Bu şəkildə geyinmək xoşuma gəlir. İçimdə özümü o qədər yaxşı hiss edirdim ki...".
Ləman
MİA.AZ