Rejissor Nuri Bilge Ceylanın “Kuru Otlar Üstünə” filmindəki roluna görə türkiyəli aktrisa Merve Dizdar dünyanın ən nüfuzlu kino mükafatlarından sayılan Kann Film Festivalında "Ən Yaxşı Qadın Oyunçu" Mükafatını alıb.
Mia.az xəbər verir ki, onun bu mükafat mərasimindəki çıxışına Türkiyə Radio və Televiziya Üst Kurumunun (RTÜK) sədri qəzəbli reaksiya verib.
Mia.az xəbər verir ki, İbrahim Uslu Tviter-dəki hesabında paylaşım edərək, aktrisanı ölkəsinə hörmətsizlikdə günahlandırıb: “Əvvəlcə öz ölkənə hörmət etməyi öyrənəcəksən, Merve Dizdar. Sonra aldığın mükafata görə bu ölkənin bütün vətəndaşlarından təbrik gözləyə bilərsən. Öz ölkəsinə hörmət etməyənlərin aldığı mükafatın təbrik ediləsi bir yanı yoxdur".
Xatırladaq ki, mükafatlandırma mərasimində çıxış edən Merve Dizdar filmdə canlandırdığı "Nuray" obrazının inandığı və varlığı üçün mübarizə aparan və bu işin bədəlini ödəməli olan bir qadın olduğunu deyib: "Onu tanımaq, anlamaq üçün uzun müddət çalışmaq istərdim, amma təəssüf ki, yaşadığım coğrafiyada qadın olmaq duyğusunu Nuray və Nuray kimilərin doğulduğu gündən əzbər bilmək gərəkir. Mükafatı Nurayın və onun kimi qadınların mücadiləsinə güc verə bilmək üçün, özünə layıq görülənlərə boyun əyməyib, etiraz edən və bu uğurda hər şeyi gözə alan, nə olursa olsun, umud etməkdən vaz geçməyən bütün qız qardaşlarıma və Türkiyədə haqq etdiyi gəzəl günləri yaşamağı gözləyən bütün mübariz ruhlara ərmağan edirəm".
Onun Türkiyədəki qadınların dözülməz həyatı barədə sözləri isə ölkənin siyasi və hakim dairələri tərəfindən olduqca sərt qarşılanıb.
Ləman
MİA.AZ