Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu bu gün axşam ATA blokun lokomotivi sayılan Zəfər Partiyasının lideri Ümid Özdağla bir araya gəlib.
Mia.az xəbər verir ki, bu barədə Zəfər lideri Tviter hesabından paylaşım edib.
O bildirib ki, az əvvəl Kamal Kılıçdaroğlu ilə görüşərək, müzakirələr apaırb: "Hörmətli Kamal Kılıçdaroğlu ilə axşam saatlarında görüşdük və anlaşmamızla bağlı müzakirələr apardıq. Sabah saat 11.00-da Zəfər Partiyasında təşkil edəcəyimiz ortaq mətbuat konfransında detalları Böyük Türk Milləti ilə paylaşacağıq".
Xatırladaq ki, ATA blokunun prezidentliyə namizədi Sinan Oğan bir neçə gün əvvəl prezident Ərdoğana dəstək bəyanatı verib.
Özdağ bununla bağlı deyib ki, bu, Sinan bəyin şəxsi qərarıdır: "Onun qərarının Zəfər Partiyasına aidiyyatı yoxdur".
Samir
MİA.AZ