41 yaşlı pop ulduz Beyons Şotlandiyanın Murrayfild şəhərindəki konsertindən əvvəl komandasına sifariş etdii yeməklə bağlı xəbər  dünya mətbuatına çıxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, komanda üzvləri üçün 110 toyuq burger, 90 pita və 9 pors toyuq budu sifariş edən müğənni bunun üçün 1800 funt sterlinq (təxminən 3600 nmanat) hesab ödəyib.

O, bu hesabın qəbzini sosial şəbəkı hesabında paylaşaraq yazıb: "Uşaqlar çox acdır".

Xatırladaq ki, 7 illik fasilədən sonra "Renaissance" adlı yeni albomu işıq üzü görən Beyonce bu həftənin əvvəlində Uelsin Kardiff şəhərindəki Principality Stadionunda 74 min nəfərin qarşısına möhtəşəm konsert verib.

Ləman

MİA.AZ