Xəbər verildiyi kmi. dünən ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evinə hücum olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hücumun təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.
Kadrlarda qara paltarlı və qara papaqlı bir şəxsin əlində dəmir lomla Türk Evi binasına yaxınlaşdığı görülür.
Daha sonra o, əlindəki lomla binanın şüşələrini qırmağa başlayır.
Məlumata görə, bu terror xarakterli hadisə Nyu-York Şəhər Polis İdarəsi tərəfindən araşdırılır.
Samir MUSAYEV
MİA.AZ