ATA Alyansının namizədi Sinan Oğan seçkilərin ikinci turunda prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəklərini açıqlayıb.
Mia.az xəbər verir ki, bu açıqlamadan sonra ATA blokunun lokomotovi Zəfər Partiyasının sədri Ümit Özdağ tvit atıb.
O, bildirib ki, Sinan Oğanın açıqlaması yalnız özünün siyasi seçimidir: "Bu bəyanat Zəfər Partiyasının mövqeyi deyil, bizə aidiyyatı yoxdur. zəfər Partiyası adından bəyanatı sabah saat 11:00-da mən verəcəyəm”.
Samir
MİA.AZ