Türkiyədə gənc qızı zorlamada və daha sonra ölümündə təqsirləndirilən keçmiş hərbçi Musa Orhan məşhur aktrisa Fərəh Zeynəb Abdullahdan yenə şikayət edib.
Mia.az xəbər verir ki, aktrisa bu barədə sosial şəbəkı hesabında paylaşım edib.
O bildirib ki, zorlandığı üçün həyatına son verən İpək Erə görə keçmiş hərbçiyə hərəkətləri ilə bağlı kəskin reaksiya verdiyi üçün təzədən məhkəməyə verilib.
Aktrisa Tviter hesabında bildirib ki, bir dəfə təhqir olunması adıyla 1300 tl (Təxminən 120 manat) təzminat alan keçmiş hərbççi yenə iştaha gəlib: "Şərəfsiz və göründüyü qədəriylə bir dolanışıq forması olaraq ədalət sistemindən yararlanan, daha doğrusu, buna izin verilen Musa Orhan indi də mənə təzminat davası açıb. Ac köpək".
Paylaşımına qısa zamanda minlərlə şərh gələn aktrisa əlavə edib ki, o, qətiyyən narahat olmadığını yazıb: "Qorxmuram, qorxmuruq, yetər, vallahi, yetər. Ədalət, hüquq olsa deyərək ki, gec-tez belə şərəfsizlər cəzasını çəkəcək. Amma olmur, ortalıqda sərbəst dolaşırlar. Hələ məhkəməyə verir, təzminat tələb edirlər. Vay, vay...".
Xatırladaq ki, Musa Orhan adlı şəxs bu aktrisa ilə anaşı, Hazal Kaya, Melek Mosso və digər tanınmış şəxsləri də tvitlərə görə məhkəməyə verib.
Xatırladaq ki, Türkiyənin Batman şəhərində 18 yaşlı İpek Erə cinsi təcavüzdə ittiham olunan Musa Orhan həbs olunsa da, sonradan ev dustaqlığına buraxılıb. Məhz bundan sonra məhkəməyə və ona qarşı tanınmış şəxslər tərəfindən etirazlar artıb.
Zorlanan qız isə intihar edib. O, bir aya yaxın xəstəxanada müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb.
Ləman
MİA.AZ