3 uşaq anası Bergüzar Korel 7 ildən sonra, nəhayət, səhnəyə dönüb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, məşhur aktrisa iki il əvvəl çəkilişlərinə start verilən "Qanlı Yayın" serialına dəvət alsa da, hamilə olduğu üçün anlaşma dayandırılıb.

Həmin vaxtı məhz aktrisaya görə çəkilişinə fasilə verilən serialın bu günlərdə çəkilişlərinə başlanılıb.

Jurnalist Birsen Altuntaşın xəbərinə görə, Bergüzar Korel daha əvvəl təxirə salınan "Qanlı Yayın" serialına təkrar dəvət alııb.

O, bu serialda qətl hadisəsi üzrə araşdırma aparan jurnalist rolunu canlandıracaq.

Ləman

MİA.AZ