Mayın 10-da səhnədən yıxılan məşhur türkiyəli müğənni Kibariyedən xəbər var.

Mia.az xəbər verir ki, o, "İnstagram"dakı səhifəsindən gözmuncuğu qoyduğu yeni fotosunu paylaşaraq, "nəzərdən qorunduğu"na işarə vurub.

Xatırladaq ki, mayın 10-da Mersində keçirilən konsertdə mahnı oxuyarkən fanatlardan biri səhnəyə çıxaraq müğənniyə doğru qaçıb. Bu zaman ona müdaxilə etmək istəyən mühafizəçinin zərbəsi müğənniyə dəyib və o, 2 metr hündürlükdəki səhnədən aşağıya yıxılıb. Ağır xəsarət alan müğənni təcili xəstəxanaya çaldırılıb.

Həmin günü səhiyyə naziri Fahrəddən Koca Tviter-də  belə paylaşım etmişdi: "Sənətçimiz Kibariye səhnədə baş verən xoşagəlməz hadisə nəticəsində yaralanıb. Onun müalicəsi Mersin Şəhər Xəstəxanasında davam edir. Şüuru yerindədir.  Bir müddət müşahidə altında saxlanılaraq...”.

Ləman

MİA.AZ