Prezident seçkilərinin ikinci tura getməsinin ardından Millət İttifaqının 6 lideri bu gün saat Bakı avxtı ilə saat 16.00-da CHP Mərkəz Qərargahında bir araya gələcək.
Mia.az Türkiyə mətbuaına istinadla xəbər verir ki, liderlər toplantıda mayın 28-dək keçiriləcək tıkrar seçki ilə bağlı vəziyyəti dəyərləndirəcək və yol xəritəsini müəyyən edəcəklər.
İddialara görə, təkrar seçkidə kampaniyalaırn təşkili Əkrəm İmamoğlu ilə CHP İstanbul təşkilatının sədri Canan Kaftancıoğluna həvalə olunacaq: "Bələdiyyə seçkilərində uğur gətirən "İstanbul modeli" Türkiyənin hər yerində tətbiq olunacaq".
Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə Millət İttifaqının prezidedntliyə namizədi Kamal Kılıçdaroğlu 44.8 faiz səs toplayıb. Rəcəb Tayyib Ərdoğan isə 49,5 faiz səslə seçkinin lideri olub.
Zülfiyyə
MİA.AZ