CHP-nin siyahısı ilə Ərzincandan deputat seçilən Türkiyə Dəyişim Partiyasının sədri Mustafa Sarıgül xalqa müraciət edib.
Mia.az xəbər verir ki, sosial şəbəkə hesabından videomüraciət (https://www.youtube.com/shorts/BQkTZeyIm5M) yayan partiya sədri Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun mayın 28-də keçiriləcək təkrar seçkilərdə qələbə qazanması üçün gecəsini gündüzə qatacağına söz verib: "Bütün Ərzincanı qucaqlayacağam. Söz verirəm, amma daha işimiz bitmədi. Hörmətli Kılıçdaroğlunun prezident seçilənə gecəmi gündüzümə qatacağam, canla, başla çalışmaya davam edəcəyəm".
Samir
MİA.AZ