Bu gün Türkiyədə keçirilən tarixi prezident və parlament seçkilərinə səsvermə ilə bağlı  11-ci prezident Abdullah Gül  sosial şəbəkədə paylaşım edib.

Mia.az xəbər verir ki, o, paylaşımında yazıb:  "Seçkilərin millətimizə yaraşan demokratik bir mübarizə şəraitində keçiriləcəyinə və ortaya çıxacaq milli iradənin hər kəs tərəfindən hörmətlə qarşılanacağına tam inanıram. İnşallah, nəticələr ölkəmiz üçün faydalı olacaq”.

Zülfiyyə

Mia.az