Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir: "Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur".
MİA.AZ