Bu ilin əvvəlində 200 milyon dollara "Al Nassr"a transfer olunan Ronaldonun sevgilisi Georgina Rodriguezin "İnstaqram"da paylaşdığı yarıçılpaq şəkilləri Səudiyyə Ərəbistanıda böyük narazılıq yaradıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanıda nəinki belə geyimdə gəzmək, hətta foto çəkdirmək günah və qadağandır: "Bu, ölkəyə gələn hər kəsə aiddir".
Məlumata görə, hazırda Ronaldo ilə birgə Səudiyyə Ərəbistanıda yaşayan argentinalı model bu günlərdə çimərlik geyimində yeni fotolarını paylaşıb. Qısa zamanda ölkədə sürətlə yayılan bu fotolara isə etirazlar kəskin çoxalıb. Etirazçıların fikirincə, Ronaldonun sevgiliisinə belə imkan tanınması ölkə qanunuvericiliyini və indiyə qədərki presidenti zədələyir.
"Daily Star" yazır ki, ölkə qanunlarına görə, rəsmi nikahda olmayan cütlüklərin hətta birlikdə yaşamasına icazə verilmir, lakin bu qayda Ronaldo və Rodriges üçün yumşaldılıb.
Məsələ ilə bağlı "Daily Star"a danışan Yaxın Şərq üzrə hüquq eksperti Ceyms Dorsi deyib: "Prinsipcə bu ölkədə düzgün geyinmək məcburidir. Lakin getdikcə burada da "sərt adətlər" yavaş-yavaş yumşalır. Məsələn, Məhəmməd Bin Salmandan əvvəl qadınların bədən və üzü tamamilə örtülməli idi. Ancaq bu, artıq belə deyil, başını açan, üzünü göstərən qadınlar yetərincədir. Qaldı digər məsələlərə, məncə, burada Ronaldonun sevgilisinə xüsusi güzəşt tanınıb...".
Fərid
MİA.AZ