Türkiyəli aktyor Aras Bulut İynemlinin başına iş gəlib.
Mia.az Axşam.az-a istinadla xəbər verir ki, Çeşmədə əyləncə məkanlarının birində gecə gec saatlara qədər əylənən aktyor qəbul etdiyi spirtli içkinin təsirindən yerə yıxılıb.
Arasın 5 dostunun yardımı ilə bardan çıxarıldığı bildirilib.
Məkanda əylənənlər arasında aktyor Kadir Doğulunun olması da diqqət çəkib.
Qeyd edək ki, Aras ötən ilin sonunda aktrisa Bige Önaldan ayrılıb. Keçmiş cütlük 6 ildən çox münasibətdə olub.