MİA.az
MENU
  • GÜNDƏM
  • SİYASƏT
  • CƏMİYYƏT
  • KRİMİNAL
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • İDMAN
  • PRESS
  • DÜNYA
  • YAZARLAR
  • ŞOU-BİZNES
  • Bağla
← Əvvəl

Prezident İlham Əliyev ard-arda 4 fərman və sərəncam imzaladı

Bu gün prezident İlham Əliyev ard-arda 4 fərman vvə sərəncam imzalayıb.

 Mia.az həmin fərman və sərəncamları olduğu kimi təqdim edir:

 "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanını "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 871-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 fevral tarixli 109 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 622; 2002, № 8, maddə 478; 2005, № 4, maddə 299; 2006, № 2, maddə 92; 2008, № 9, maddə 798; 2011, № 7, maddə 644) 2-ci hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda beşinci abzas əlavə olunsun:

"həmin Qanunun 14-2-ci maddəsinin II hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirirlər.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


***

Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının öhkəmləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Konservatoriyasına 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 

***

"Meliorator günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli Sərəncamının ləğvi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Meliorator günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 536) ləğv edilsin. 

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

***

"Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Hər il iyun ayının 5-i "Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd edilsin.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti


2014-05-14 20:38 Bu yazı 1883 dəfə oxunmuşdur.

DİGƏR XƏBƏRLƏR

İsrail Türkiyəyə xüsusi təşəkkür edib: 2026-04-07 17:12

YENİ İŞÇİ QRUPU YARADILIR - Prezident...

2026-04-07 16:48

Prezident bu şəxsləri təltif etdi -

2026-04-07 16:48

Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - 2026-04-07 14:48

İranın Xark adasına hücum olub 

2026-04-07 14:29

İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib...

2026-04-07 14:24

İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident:

2026-04-07 14:22

Türkiyədə zəlzələ olub

2026-04-07 14:08

2026 mia.az Mobil versiya
Rambler's Top100