AK Partiya sözçüsü Ömər Çelikin deputatlığa namizəd olduğu Adanadakı seçki qərargahına bıçaqlı hücum olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ömər Çelikin seçki qərargahına hücum edən iki nəfər orada işləyən Cumali Günalla bıçaq zərbəsi vurublar: "Qarın boşluğundan bıçaqlanan Cumali Günal dərhal xəstəxanaya aparılıb. Ətrafdakıların müdaxiləsindən sonra hadisə yerindən qaçan basqınçılardan biri Sezer A. tutulub, digərinin isə axtarışı davam edir".
AK Partiya Adana şəhər təşkilatının sədri Mehmet Ay hadisə yerinə gələrık, açıqlama verib.
O deyib ki, basqınçıların hansı məqsədlə hücum etdiyini bilmirlər: "Bunu dəqiqləşdirmək üçün biz də araşdırmalara başlamışıq. Təbii, baş verən hadisədən çox kədərlənirik. Bu gün seçki büromuzda 2 nəfər işçiyə hücum edib. Bu hücumu həyata keçirənlər qapını qıraraq zorla içəri soxulmağa, cana qəsd etməyə can atıblar. Təkrar edirəm, bu hadisənin siyasi və ya digər səbəbdən qaynaqlandığını bilmirik, amma bütün hallarda bu cür hücumları lənətləyirik".
Zülfiyyə
Mia.az