Uzun illər sevgilisi olan məşhur müğənni Şakira ilə "Barselona"nın keçmiş futbolçusu Gerard Pike arasıdna gərgin münasibətlər davam edir.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, Pike bu günlərdə Mayamiyə övladlarını ziyarət etmək üçün səfər edib.
Bildirilib ki, polisin müşaiyəti ilə Şakiranın yaşadığı evə gedən Pike ilə keçmiş sevgilisi arasında mübahisə yaranıb.
İspaniya mətbuatı yazır ki, mübahisəyə Şakiranın qardaşı Tonino Mebarak də qatılıb. Tərəflər arasında söyüşlü mübahisə qısa zamanda yumruqlu davaya çevrilib: "Polis əlbəyaxa davaya çıxan ikilini ayırmaq üçün müdaxilə edib. Onları gücə sakitləşdirmək mümkün olub".
Xatırladaq ki, Şakiradan ayrıaln "Barselona"nın sabiq oyunçusu başqa qadınla evliliyə hazırlaşır.
İspaniya mətbuatı yazır ki, 2010-cu ildən evli kimi yaşayan və uşaqları olan Şakira ilə Pikeni bir-birindən futbolçunun anası ayırıb.
İddiaya görə, Pikeyə yeni ailə quracağı xanımı da anası "tapıb".
Ləman
Mia.az